featured-image-63940

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

Msport.az xəbər verir ki, ikinci oyun günündə son yarımfinalçılar müəyyənləşib.

“Real” doğma meydanda “Arsenal”la üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda “kral klubu”nun qapısından 3 cavabsız top keçirən “topçular” iki oyunun nəticəsinə əsasən yarımfinalda PSJ-yə rəqib olub.

“Bavariya” klubu isə İtaliyada “İnter”in qonağı olub. 2:2 hesablı heç-heçə Milan təmsilçisini yarımfinala daşıyıb. İtaliya klubu finala gedən yolda “Barselona” ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

16 aprel

23:00. “Real” (İspaniya) – “Arsenal” (İngiltərə) 1:2 (1:5)

İlk oyun – 0:3.

23:00. “İnter” (İtaliya) – “Bavariya” (Almaniya) 2:2 (4:3)

İlk oyun – 2:1.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə aprelin 29-da start veriləcək.

Bənzər xəbərlər