featured-image-63912

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.

Msport.az xəbər verir ki, ikinci gündə daha iki görüş baş tutacaq.

Bununla son yarımfinalçılar bəlli olacaq. “Real” doğma arenasında “Arsenal”ı qəbul edəcək. İlk matçda ingilislər 3 cavabsız qolla qalib gəlmişdi.

“İnter” isə səfərdə qalib gəldiyi “Bavariya” ilə bu dəfə evdə üz-üzə gələcək.

 

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

16 aprel

 

23:00. “Real” (İspaniya) – “Arsenal” (İngiltərə)

İlk oyun – 0:3

 

23:00. “İnter” (İtaliya) – “Bavariya” (Almaniya)

İlk oyun – 2:1

 

Qeyd edək ki, yarımfinal mərhələsinə aprelin 29-da start veriləcək.

Bənzər xəbərlər