ÇL: Pley-off 4 oyunla start götürür
UEFA Çempionlar Liqasının pley-off mərhələsi başlayır, “Qalatasaray” “Yuventus”la üz-üzə gələcək
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün start veriləcək.
Msport.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.
“Qalatasaray” “Yuventus”u qəbul edəcək. Qarşılaşma saat 21:45-də start götürəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
17 fevral
21:45. “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya)
00:00. “Benfika” (Portuqaliya) – “Real” (İspaniya)
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atalanta” (İtaliya)
00:00. “Monako” (Fransa) – PSJ (Fransa)
Qeyd edək ki, pley-off mərhələsinin digər oyunları növbəti gün baş tutacaq. Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.







