featured-image-19974

“Konkret olaraq kumirim yoxdur. Amma ən bəyəndiyim qapıçı İker Kasilyasdır”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan millisi və “Səbail”in qapıçısı Emil Balayev klubun rəsmi instaqram səhifəsinə müsahibəsində deyib.

29 yaşlı qolkiper bildirib ki, Petr Çex və Canluici Buffon kimi qapıçılara da böyük hörmət bəsləyir.

Türkiyənin Antalya şəhərində davam edən hazırlıq prosesini dəyərləndirən Balayev dünəndən məşqlərə başladıqlarını söyləyib: “Komandada ab-hava çox yaxşıdır. Xoş yorğunluq hissi var. Hər şey yüksək-səviyyədədir”.

Onun sözlərinə görə, “Səbail”də mehriban kollektiv formalaşıb: “Konkret bir nəfəri deyə bilmərəm. Fikirləşirəm ki, mənə ən yaxın olanlar Ağabala Ramazanov, Mirabdulla Abbasov və Rahid Əmirquliyevdir”.

Qapıçı ən texnikalı, qüvvətli zərbələri olan və istedadlı oyunçuları da açıqlayıb: “Ən texnikalı Ağabala, ən qüvvətli zərbəyə sahib oyunçular Rahid və Mirabdulladır. Ən isteadadlı oyunçu isə qapıçı Sadiq Məmmədzadədir”.

Balayev “Ən yaddaqalan oyununuz hansıdır” sualına bu cür cavab verib: “ASCO Arena”da “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdiymiz matç qeyd edərdim. Bu, doğma meydanda ilk qələbəmiz idi. Millidə isə Xorvatiyanı Bakıda 2:1 hesabı ilə yendiyimiz görüşü fərqləndirərdim. Debüt oyunum idi. Əla qarşılaşma alınmışdı”.

Qolkiper ölkə çempionatında rəqiblərə fərq qoymadıqlarını, bütün komandalarla matçlara ciddi hazırlaşdıqlarını vurğulayıb: “İnanıram ki, hər şey daha yaxşı olacaq. Mövsümün ilk hissəsindəki nəticələrimiz ürəkaçan olmasa da, qış fasiləsindən sonra məsuliyyəti dərk edib daha yaxşı çıxış edəcək və yuxarı pillələrə qalxmağa çalışacağıq”.

Motosiklet sürməyi sevən Balayev sonda sürücülərə məsləhət verib: “Prius”lardan uzaq dursunlar (gülür). Həm də yol-hərəkəti qaydalarına əməl etsinlər. Atalar sözümüz var ki, ehtiyat igidin yaraşığıdır. Düzdür, motosikleti idarə etmək təhlükəlidir. Amma düzgün istifadə etsən, müəyyən limitləri aşmasan, o qədər də qorxulu deyil”.

Bənzər xəbərlər