“Atletiko”da ciddi itki – “Barselona” ilə oyunu buraxacaq
“Atletiko”nun futbolçusu Kristian Romero İspaniya çempionatında “Barselona”ya qarşı keçiriləcək vacib qarşılaşmanı buraxacaq.
Msport.az xəbər verir ki, argentinalı futbolçunun əzələ zədəsi ilə bağlı problemləri davam edir.
Bu səbəbdən o, bazar günü baş tutacaq görüşdə komandasına kömək edə bilməyəcək. 28 yaşlı müdafiəçi daha əvvəl “Espanyol”la matçda bud əzələsindən zədə alıb. Bir müddət sonra məşqlərə qayıtsa da, tam bərpa oluna bilməyib. Romero “Levante” və “Bavariya” ilə qarşılaşmalarda da iştirak etməyib.
Futbolçu zədəsinə görə Argentina millisinin Uruqvay və Kosta-Rikaya qarşı keçiriləcək növbəti oyunlarını da buraxacaq.







