featured-image-83823

“Çelsi”nin qapıçısı Emiliano Martines ağır zədə səbəbindən əməliyyat olunub.

Msport.az xəbər verir ki, 34 yaşlı argentinalı qolkiperin çənəsində sınıq aşkarlanıb.

Hadisə İngiltərə Premyer Liqasında “Everton”la keçirilən və “Çelsi”nin 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın ikinci hissəsində yaşanıb. Martines rəqib komandanın müdafiəçisi Cerrad Brantveytlə hava mübarizəsində toqquşaraq ağır zədə alıb.

Tibbi heyət qapıçıya meydanda səkkiz dəqiqə ərzində yardım göstərib. Ardınca futbolçu xərəkdə meydandan çıxarılaraq xəstəxanaya aparılıb. Müayinələr zamanı Martinesin çənəsində sınıq olduğu müəyyənləşib və cərrahi müdaxilə barədə qərar qəbul edilib. Bu gün keçirilən əməliyyat uğurla başa çatıb.

Martinesin zədələnməsindən sonra meydana 21 yaşlı belçikalı qapıçı Mayk Penders daxil olub. O, bununla İngiltərə Premyer Liqasında debüt edib.

Bənzər xəbərlər