featured-image-61882

UEFA Avropa Liqasında 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.

Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş tədbirdə Türkiyənin yeganə təmsilçisi “Fənərbağça”nın 1/8 finaldakı rəqibi müəyyənləşib.

“Sarı-lacivərdlilər” Şotlandiya “Reyncers”i ilə üz-üzə gələcək. Qlazqo komandasını keçəcəyi təqdirdə, “Fənər” 1/4 finalda “Roma” (İtaliya) – “Atletik” (İspaniya) cütünün qalibi ilə görüşəcək.

Püşkatmanın nəticələri:

UEFA Avropa Liqası

1/8 final mərhələsi

1. “Viktoriya” (Plzen, Çexiya) – “Latsio” (İtaliya)

2. “Budö Qlimt” (Norveç) – “Olimpiakos” (Yunanıstan)

3. “Ayaks” (Niderland) – “Ayntraxt” (Frankfurt, Almaniya)

4. AZ (Alkmaar, Niderland) – “Tottenhem” (İngiltərə)

5. “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

6. FCSB (Rumıniya) – “Lion” (Fransa)

7. “Fənərbağça (Türkiyə) – “Reyncers” (Şotlandiya)

8. “Roma” (İtaliya) – “Atletik” (İspaniya)

Oyunlar martın 16-da və martın 23-də keçiriləcək.

1/4 final

I. 2 cütünün qalibi – 1 cütünün qalibi

II. 4 cütünün qalibi – 3 cütünün qalibi

III. 7 cütünün qalibi – 8 cütünün qalibi

IV. 6 cütünün qalibi – 5 cütünün qalibi

Oyunlar aprelin 10-da və aprelin 17-də baş tutacaq.

Yarımfinal

II cütün qalibi – I cütün qalibi

III cütün qalibi – IV cütün qalibi

Oyunlar mayın 1-də və mayın 8-də təşkil ediləcək.

Final qarşılaşması mayın 21-də İspaniyanın Bilbao şəhərində keçiriləcək.

Bənzər xəbərlər