featured-image-20683

Macarıstan “Ferentsvaroş”unun idman direktoru Tamaş Haynal “Qarabağ”ın futbolçusu Kvabena Ovusu ilə anlaşdıqlarını təsdiqləyib.

Msport.az xəbər verir ki, klub rəsmisi yerli mətbuata açıqlamasında ad çəkməsə də, iki oyunçu ilə razılıq əldə olunduğunu bildirib.

Onun sözlərinə görə, hazırda həmin futbolçuların qış transfer pəncərəsində komandaya qoşulmaları istiqamətində danışıqlar gedir: “Çoz gərgin işləyirik. Onların komandamıza qışda keçməsini istərdik. Yalnız ağlabatan limitlər daxilində sərmayə qoymağa hazırıq”.

Macarıstan mətbuatının iddiasına görə, həmin oyunçulardan biri Ovusu, digəri isə Slovakiyanın “Slovan” klubunda çıxış edən Myenti Abenadır.

Qeyd edək ki, daha əvvəl Ovusu Kvabenanın “Ferentsvaroş”la 2 illik müqavilə imzaladığı bildirilib.

Bənzər xəbərlər