featured-image-7525

Azərbaycanın ölkə xaricində oynayan futbolçuları bir-bir geri qayıdırlar. Son olaraq da Emil Balayevin xəbəri çıxdı ki, Qazaxıstanın “Turan” klubu ilə müqaviləsini qarşılıqlı razılaşma ilə pozdu. İndi demək olar ki, yeganə normal legionerimiz Mahir Emrelidir. Renat Dadaşov “Vulverhempton”un düşərgəsindədir, amma onun yeni mövsümə harada başlayacağı hələ məlum deyil. Biz son vaxtlar ölkəyə qayıdan futbolçularımızı xatırlayan dəqiqələrdə Çempionlar Liqasının I təsnifat mərhələsinin “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi) oyunu keçirilirdi. Maraqlıdır ki, Gürcüstan klubu ilə görüşdə rəqib düşərgədə 3 gürcü (ikisi start heyətində) meydana çıxdı. Özü də söhbət hansısa perespektivli, gənc istedaddan getmir. MLS-dən belə oynayan, 2010-cu ildən Gürcüstandan çıxan 35 yaşlı Quram Kaşiya və son illər Qazaxıstan, eləcə də Fransa klublarının formasını geyinmiş 36 yaşlı Caba Kankava.

Meydana sonradan daxil olmuş Qeorgi Çakvetadzenin cəmi 22 yaşı olsa da, o, “Slovan”a qədər “Gent” və “Hamburq” kimi klublarda çıxış edib. Özü də 17 yaşından artıq legioner həyatı yaşayır. Düzdür, deyə bilərsiniz ki, Slovakiya komandasını Gürcüstan millisinin sabiq baş məşqçisi Vldimir Vays çalışdırır və o, öz tanıdıqlarını yanına aparıb. Amma əgər yeganə səbəb budursa, niyə Robert Prosineçki özünə yeni iş yeri tapanda burdan kimisə çağırmır? Ya elə De Byazi burdan çıxıb gedəndən sonra məgər azərbaycanlı futbolçulardan kiməsə dəvət göndərəcək? Əslində buna görə məşqçiləri qınamaq olmaz. Kim var ki, çağırsınlar? Gedənlər də uzağı bir mövsüm sonra qayıdıb gəlirlər.

Msport.az yeni mövsüm öncəsində ölkə xaricindən qayıdan futbolçularımızı xatırlayır:

media-Namik-Alaskarov

Namik Ələskərov (Yaş 27): “Bursaspor” Namikin karyerasında ilk əcnəbi klub idi. Əslində proqnozlara görə hər şey yaxşı olmalı idi. Bursa Türkiyənin böyük, futbolu dəlicəsinə sevən şəhərlərindən biridir, komanda vaxtilə çempion olub, ənənələr də var. “Timsahlar” mövsümöncəsində yaxşı heyət yığıb Super Liqaya yüksəlməyə də iddialı idilər. Amma yalnış idarəetmə, məşqçilərin az qala hər ay dəyişməsi “Bursaspor”un faciəsinin əsas səbəbi oldu. Komanda Türkiyə I Liqasını da tərk etdi. Düzdür, Ələskərov pis mövsüm keçirmədi, 6 qol vurdu və 6 məhsuldar ötürmə verdi. Amma ümumi durum əlbəttə ki, ürəkəaçan olmadı – komanda liqadan düşdü. Türkiyə II liqasında legionerlərə icazə verilmədiyinindən millimiizn üzvünün klubdan ayrılacağı bəlli idi. Namikə Türkiyə I Liqasından başqa təkliflər olsa da, o, Azərbaycana qayıdıb “Sabah”la müqavilə bağıamağa üstünlük verdi.

media-vusal-isgenderli-1

Vüsal İsgəndərli (Yaş 26): “Ankara Keçiörengücü” yarımmüdafiəçinin karyerasında ilk əcnəbi klub idi. O, ötən mövsüm Türkiyə I Liqasında 23 oyunda meydana çıxdı və 4 dəfə fərqləndi. Əslində İsgəndərli artıq çempionatın sonlarına doğru klubda oynamırdı və onun  Türkiyəni tərk edəcəyini proqnozlaşdırmaq çətin deyildi. Belə də oldu və vinger artıq “Sumqayıt”ın oyunçusudur.

media-16463952133903463977_1000x669

Emil Balayev (Yaş 28): Balayev “Qarabağ”da 3-cü qapıçı olmaq istəmədi və Qazaxıstana yollandı. Onun artıq bu ölkədə təcrübəsi var idi. Millimiizn qolkiperi 2019-2020 mövsümündə “Tobol”da heç də pis çıxış etməmişdi. Bu dəfə də onu “Turan”a “Tobol”un sabiq baş məşqçisi Vladimir Qazzayev aparmışdı. Amma Qazayev qısa müddət sonra Qazaxıstan klubundan ayrıldı. Belədə artıq Emilin də “Turan”dakı karyerası sual altına düşdü. Həmin ərəfədə qapıçı həm də zədələndi və əsas qapıçı olmaq şansını da itiridi. O, Qazaxıstan çempionatında yalnız bir oyunda meydana çıxdı. Neçə vaxt idi, müqaviləsini pozmaq üçün danışıqlar aparan Balayev buna nail oldu. Onu da yaxın vaxtlarda “Səbail”in heyətində görəcəyik.

media-Nuriev-and-Sakiv-Extended-Their-Contracts-With-the-UPL-Club1

Anatoli Nuriyev (Yaş 26): Nuriyev Azərbaycan futbolunun yetirməsi deyil. Ukraynda çıxış edən futbolçu “Minay” və “Kolos”dakı oyunu ilə AFFA rəsmilərinin diqqətini cəlb etmiş və o, milliyə çağrılmışdı. Nuriyev Ukrayndada müharibə başladıqdan sonra ölkəni tərk etməli oldu. Futbolçu “Sumqayıt”la müqavilə bağladı və ötən mövsümün sonunda bu komandada 5 oyun keçirib 1 qol vurdu. “Gənclik şəhəri”ndə icarə əsasında oynayan yarımmüdafiəçi mövsüm başa çatan kimi “Sabah”la müqavilə bağladı.

media-350be4

Rüstəm Əhmədzadə (Yaş 21): “Qarabağ” bu gənc futbolçunu “Minay”dan transfer edəndə hələ Ukraynada müharibə başlamamışdı. Hücumçunun potensialını bilən Qurban Qurbanov onunla 4 illik müqavilə bağlanmasını istədi. Amma aydın məsələ idi ki, Rüstəmin “Qarabağ” kimi böyük rəqabət olan komandada möhkəmlənməsi çətin olacaq. O, ötən mövsüm çempionatda 6, kubokda və Konfrans Liqasında 1 oyunda şans əldə etdi. Bir neçə gün əvvəl isə Ağdam təmsilçisi gənc forvardı “Zirə”yə icarəyə verdi.

media-ferid

Fərid Nəbiyev (Yaş 22): Nəbiyev beş il idi ki, Çexiyada çıxış edirdi. Ona böyük ümidlər bəslənsə də, potensialını tam aça bilmədi. Əvvəlcə “Slaviya”nın şərəfini qoruyan yarımmüdafiəçi 2020-ci ildə “Viktoriya Jijkov”a keçdi. Nəbiyev ötən mövsüm Çexiyanın II liqasında 23 oyunda 2 qol vurdu. Tərslikdən, Fərid də Namikin başına gələnləri yaşadı.  Komandası liqanı tərk etdi və Nəbiyev artıq “Kəpəz”lə müqavilə imzalayıb.

media-662x372a_02181238eddy-silvestre

Eddi İsrafilov (Yaş 29): Beş-altı il öncə gəlib Azərbaycan çempionatında oynamağı ağlına belə gətirməyən Eddi İsrafilov indi “Neftçi”nin aparıcı futbolçularından birinə çevrilib. İspaniyada anadan olub bu ölkənin klublarında çıxış etmiş futbolçu klubsiz qaldıqdan sonra məcbur olub bura gəldi. Dayaq yarımmüdafiəçisi bu ilin yanvarında “ağ-qaralar”la 2 illik müqavilə bağladı. Eddi başa çatan mövsümdə 12 oyunda 2 qol vurdu.

media-1653769538

 Şakir Seyidov (Yaş 21): Şakirin “Dauqavplis”ə gedib-gəlməyi bir göz qırpımında baş verdi. O, da sanki “mən də legioner olmuşam” demək üçün Latviya klubuna transfer olundu. “Dauqavplis”də icarə əsasında çıxış edən futbolçu cəmi 8 oyunda forma geyindi. Bir neçə gün əvvəl “Sabah” yarımmüdafiəçini “Turan Tovuz”a icarəyə göndərdi.

 

Bənzər xəbərlər