Juninyodan 4 illik imza - "Flamenqo" "Qarabağ"ı gözləyir
Qış fasiləsində “Qarabağ”ı “Flamenqo”ya dəyişən Juninyo yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Braziliya təmsilçisi yeni transferini açıqlamaq üçün Ağdam klubunun 28 yaşlı futbolçu ilə vidalaşdığını elan etməsini gözləyir.
Hazırda vətənində olan braziliyalı hücumçu bu gün komandanın infrastrukturu ilə tanış olub. Onun “Flamenqo”nun ABŞ-DA davam edən təlim-məşq toplanışına qoşulacağı gözlənilir. Klub bunun üçün vizə məsələsi ilə ciddi şəkildə məşğul olur.
Qeyd edək ki, “Flamenqo” Juninyo üçün “Qarabağ”a 5 milyon avro təzminat ödəyəcək.