featured-image-59871

“Qarabağ”dan Braziliya təmsilçisi “Flamenqo”ya keçən Olavio Juninyonun həyat yoldaşı Vivian sosial şəbəkə hesabında paylaşım edib.

Msport.az xəbər verir ki, hücumçunun xanımı Azərbaycan çempionu ilə vidalaşıb.

“Bizi qarşıladığınız və günlərimizi xoşbəxt etdiyiniz üçün təşəkkür edirik. Gözəl hekayə idi. Sonsuz minnətdarıq. “Qarabağ”, inanılmazsan. Dünyadakı bütün uğurları bu kluba arzulayıram”

Qeyd edək ki, “Qarabağ” bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən “köhlən atlar”ın formasını geyinir. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər