featured-image-59539

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Qərb klubu Rəhim Sadıxovla anlaşıb. 28 yaşlı yarlmmüdafiəçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb.

Son olaraq “Sumqayıt”da çıxış edən Sadıxov buna qədər “Zirə”, Rusiyada isə “Solyaris”, “Spartak-2” və “Torpedo”nun formasını geyinib.

O, milli komandamızın heyətində 9 oyunda meydana çıxıb. Sadıxov bu mövsüm Azərbaycan Premyer Liqasında 16 oyunda 1 qol vurub.

 

Bənzər xəbərlər