featured-image-75141

Azərbaycanda keçiriləcək “FIFA Series – 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib.

Msport.az xəbər verir ki, Azərbaycan, Syerra-Leone, Oman və Sent Lusiya millilərinin iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək.

İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.

 

Turnirin təqvimini nəzərinizə çatdırırıq:

 

27 mart

15:00. Oman – Syerra-Leone

“Dalğa Arena”

 

19:00. Azərbaycan – Sent Lusiya

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

30 mart

15:00. 3-cü yer uğrunda (məğlublar)

“Dalğa Arena”

 

19:00. Final (qaliblər)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bənzər xəbərlər