featured-image-41437

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Türkiyə millisinin və İtaliyanın “İnter” komandasının futbolçusu Hakan Çalhanoğlunu heyətinə qatmaq istəyib.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 4 illik müqavilə üçün 72 milyon avroluq təklifi rədd edib.

Qeyd edək ki, Hakan Çalhanoğlu cari mövsümdə “İnter”in heyətində meydana çıxdığı 21 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Əl-Hilal”da Braziliya millisinin məşhur futbolçusu Neymar da çıxış edir.

Bənzər xəbərlər