featured-image-83684

“Real”ın baş məşqçisi Joze Mourinyo Vinisius Juniorun 4 oyunluq diskvalifikasiyasına münasibət bildirib.

Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu məsələdə İspaniya Futbol Federasiyasını günahlandırıb:

“Siz düşününürsünüz ki, İspaniya klubunun futbolçusu 4 oyunluq cəzalanmasını matçda 1 saat qalmış eşidir? Bu normaldır? Yəni onlar bunu sabah səhər edə bilməzdilər?

Məgər Vinisius “Roma” ilə matça gedəndə avtobusda bundan xəbər tutmalı idi? Onlar (İspaniya Futbol Ferasiyası nəzərdə tutulur – red.) vicdansızdırlar. Onlar artıq gizlənmirlər. Onlar oyuna 1 saat qalmış futbolçunu psixoloji cəhətdən məhv etməyə çalışdılar. Niyə? Bu, İspaniyanın komandasıdır, niyə ona zərər vurmağa çalışırsınız ki?”

Xatırladaq ki, Vinisius Junior La Liqanın 8-ci turunda “Vilyarreal”la matçda (1:0) qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb.  Braziliyalı hücumçu həmin görüşdə rəqib futbolçu Natan Dilan Salibanın saşlarını yolmuşdu.

Bənzər xəbərlər