featured-image-82253

Azad agent olan Hakim Zieşin karyerasını harada davam etdirəcəyi məlum olub.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, mərakeşli yarımmüdafiəçi sabah Braziliyaya gedərək “Botofaqo” ilə müqavilə bağlayacaq.

Zieş Mərakeşin “Vidad” klubundan ayrıldıqdan sonra azad agent idi.

33 yaşlı futbolçu vaxtilə “Çelsi”, “Qalatasaray”, “Ayaks”, “Tvente” kimi klublarda çıxış edib.

 

Bənzər xəbərlər