Avrokuboklarda antirekord
“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb.
Msport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Komo” ilə qarşılaşan “qırmızı şeytanlar” matçın 2-ci dəqiqəsində qol buraxıb.
Niko Pasın vurduğu qoldan sonra ilk hissə meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Beləliklə, “Mançester Yunayted” avrokuboklar tarixində ardıcıl iki oyunun ilk iki dəqiqəsində qol buraxan ilk İngiltərə klubu olub. Komanda əvvəlki turda “Atletiko” ilə matçın 1-ci dəqiqəsində qapısında qol görmüşdü.







