Yunus Akgün “Qalatasaray”ın tarixinə düşdü
“Qalatasaray”ın futbolçusu Yunus Akgün Çempionlar Liqasının 3-cü turunda “Lill”lə səfər matçında komandasının turnir tarixində ən sürətli qolunu vurub.
Msport.az xəbər verir ki, Türkiyə millisinin üzvü qarşılaşmanın start fitindən cəmi 65 saniyə sonra rəqib qapısına yol tapıb.
Beləliklə, Akgün “Qalatasaray”ın Çempionlar Liqası tarixində ən erkən qolun müəllifi olub. Bu mövsüm bütün turnirlərdə 12-ci oyununa çıxan 25 yaşlı futbolçu 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Qeyd edək ki, matç Türkiyə təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.







