featured-image-20002

“Qarabağ”dan ayrılan Kadi Borges “Krasnodar”la müqavilə bağladıqdan sonra klubun düşərgəsinə qoşulacaq. Rusiya mətbuatında braziliyalı yarımmüdafiəçinin illik maaşının 2 milyon avro təşkil edəcəyi göstərilsə də, əslində bu rəqəm qat-qat azdır.

Msport.az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı futbolçu yeni komandasında ilinə 700 min avro alacaq. Burda əlavə bonuslar və mükafatlar nəzərə alınmayıb.

Qeyd edək ki, Kadi ötən ilin avqustunda müqaviləsini uzatdıqdan sonra “Qarabağ”da ilinə 350 min avro maaş alırdı.

Bənzər xəbərlər