featured-image-20291

Tula “Arsenal”ında çıxış edən Kamran Əliyev “Sumqayıt”a keçə bilər.

Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu bu gün “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə Bakıdan Antalyaya uçub.

Əslən azərbaycanlı olan forvard “Arsenal”dan əvvəl “Ximki” və “SKA Xabarovsk” klublarında çıxış edib. O, Azərbaycanın U-21 yığmasına cəlb olunsa da, sonradan millimizdən gələn təklifləri Rusiyada legioner sayılacağı səbəbindən geri çevirib.

Əliyev cari mövsümdə Rusiya I divizionunda 14 oyunda 3 qol vurub. O, “Sumqayıt”la müqavilə bağlasa, yaxın vaxtlarda milli komandamıza da cəlb olunacaq.

Bənzər xəbərlər