featured-image-75036

Azərbaycan Premyer Liqasında 20-ci turun görüşləri davam edir. 

Msport.az xəbər verir ki, ikinci oyun günündə iki matç keçiriləcək.

Əvvəlcə “Kəpəz” Yevlaxda “Neftçi”ni qəbul edəcək. Hazırda paytaxt klubu 27 xalla 6-cı, Gəncə təmsilçisi isə 13 xalla 11-ci pillədə qərarlaşıb.

Digər görüşdə isə “Araz-Naxçıvan” “Sumqayıt”la qarşılaşacaq. Bu komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda turnir cədvəlində “Sumqayıt” 30 xalla 5-ci, Naxçıvan klubu isə 27 xalla 7-cidir.

Qeyd edək ki, tura sabah keçiriləcək ik oyunla yekun vurulacaq.

20-ci tur

15 fevral 

14:30. “Kəpəz” – “Neftçi”
Hakimlər:
 Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Yevlax şəhər stadionu

17:00. “Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər:
 Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
“Liv Bona Dea Arena”

16 fevral 

14:30. “Şamaxı” – “Turan Tovuz”

17:00. “Qəbələ” – “Sabah”

14 fevral 

“İmişli” – “Qarabağ” – 0:1

“Zirə” – “Karvan-Yevlax” – 1:0

Bənzər xəbərlər