featured-image-75208

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski indiyədək UEFA Çempionlar Liqasında ən çox qurtarış edən üçüncü qapıçıdır.

Msport.az xəbər verir ki, polşalı qolkiper turnirin Liqa və pley-off mərhələlərində 40 seyvlə yadda qalıb.

“Budyo Qlimt”dən Nikita Haikin (52) birinci, “Real”dan Tibo Kurtua (44) ikinci sıradadır.

“Qarabağ”ın müdafiəçisi Kevin Medina isə ÇL-in əsas mərhələsində oyun zamanı rəqiblərindən ən çox top qazanan üçüncü futbolçudur. 32 yaşlı kolumbiyalı müdafiəçi Liqa və əsas mərhələdə 68 dəfə buna nail olub.

İlk sırada “Atletik”dən Aytor Parades (77) yer alıb. “Atalanta”dan Odilon Kossunu (73) ikincidir.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsinin ilk oyununda “Nyukasl”a uduzub – 1:6.

Bənzər xəbərlər