featured-image-83847

“Real”ın qapıçısı Tibo Kurtua yaxın vaxtlarda müqaviləsini uzadacaq.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

34 yaşlı qolkiperin təmsilçiləri Madrid klubu ilə bütün məsələlərdə razılığa gəliblər. Hazırda müqavilə ilə bağlı detallar hazırlanır.

Belçikalı futbolçunun yeni müqaviləsinin müddəti 2028-ci ilin iyununa kimi olacaq.

Xatırladaq ki, Kurtua “Real”a 2018-ci ilin avqustunda “Çelsi”dən keçmişdi.

 

 

 

Bənzər xəbərlər