La Liqa: “Real” “Sevilya”nı darmadağın etdi
“Real” İspaniya La Liqasının IX turunda ev oyununda “Sevilya”nı böyük hesabla məğlub edib.
Msport.az xəbər verir ki, Madriddə “Santyaqo Bernabeu”da keçirilən oyun 4:1 hesabı ilə başa çatıb.
Hesabı 30-cu dəqiqədə “Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər açıb. Yeddi dəqiqə sonra hücumçu Kilian Mbappe “Real”ın ikinci qolunu vurub. 67-ci dəqiqədə Mbappe özü qazandığı penalti zərbəsini dəqiq yerinə yetirib. 80-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Manuel Bueno hesab arasındakı fərqi azaldıb. Əsas vaxtın bitməsinə səkkiz dəqiqə qalmış “Real”ın cinah yarımmüdafiəçisi Yann Diomande komandasının dördüncü qolunu vurub.
“Real” bu qələbədən sonra İspaniya çempionatının turnir cədvəlində 21 xalla üçüncü yerə yüksəlib. Komanda lider “Barselona”dan doqquz xal geridədir. “Sevilya” 14 xalla altıncı yerdə qərarlaşıb.
“Real” 25 oktyabrda səfərdə “Barselona” ilə qarşılaşacaq, “Sevilya” isə ertəsi gün “Osasuna” ilə üz-üzə gələcək.







