"Liverpul" çempion!
İngiltərə Premyer Liqasında 34-cü turun oyunları davam edir. Msport.az xəbər verir ki, “Liverpul” “Endild Roud”da “Tottenhem”i darmadağın edib – 5:1.
“Qırmızılar” 34 oyundan sonra 82 xal toplayaraq vaxtından əvvəl çempionluğu təmin ediblər.
Beləliklə, “Liverpul” tarixində 20-ci dəfə İngiltərə çempionu olub.