featured-image-63797

Milli komandamızın üzvü Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” Almaniya I Bundesliqasında dünən səfərdə “Kayzerslautern” üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Msport.az xəbər verir ki, “qırmızılar”ın heyətində 2-ci qolun müəllifi Mahir olub. Onun vurduğu qol olduqca gözzəl alınıb.

27 yaşlı hücumçu oyun başa çatdıqdan sonra sosial mediada fikirlərini bölüşüb: “Çoxlu söz-söhbətlər var idi. Çox şey yazılırdı, həmçinin feyk xəbərlər. Lakin mən sakitcə öz üzərimdə işləyirdim. Heç vaxt da hörmətimi itirmədim. Bu gün göstərdim ki, mən oynayıram. Bu, 3 xaldan daha böyük hədəf idi. Bu mənə inanan hər kəs üçün vacib idi. Mənim komanda yoldaşlarım, məşqçilərim və ən əsası azarkeşlər üçün. İnanılmaz dəstəyiniz üçün təşəkkür edirəm”.

Bənzər xəbərlər