Mahir Emreli üçün 17 yaşlı rəqib
Almaniyanın “Nürnberq” komandası heyətini yeni hücumçu ilə gücləndirib.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi “Bayer”dən Artyom Stepanovu icarəyə götürüb. 17 yaşlı forvardla 2025/2026-cı illər mövsümünün sonunadək müqavilə imzalanıb.
Bu mövsüm Leverkuzen təmsilçisinin əsas heyətində Çempionlar Liqasında 2 oyun keçirən ukraynalı futbolçu 1,92 sm boya malikdir. O, Almaniyanın Gənclər Liqasında 10 oyuna 10 qol vurub.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də “Nürnberq”də çıxış edir. Onun klubla cari mövsümün sonunadək müqaviləsi var.