Maldini avtomobil qəzası keçirdi
“Kalyari”nin futbolçusu Daniel Maldini Milanda iki avtomobilin iştirakı ilə baş verən qəzada xəsarət alıb.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi “Atalanta” ilə oyundan (1:2) sonra Milanda olub.
Qəza yerli vaxtla səhər 05:15-də baş verib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb: Maldinin özü, 20 və 22 yaşlı iki qız, həmçinin 19, 20 və 21 yaşlı iki gənc. Onların hamısı yüngül xəsarətlər alıb.
Yaralılardan biri yerindəcə müalicə olunub. Digər beş nəfər isə – o cümlədən Maldini xəstəxanaya aparılıb.
Yerli polis qəzanın dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.







