Mbappe qol sayında Yamalı keçdi
“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 9-cu turunda “Sevilya” ilə qarşılaşmada dubl edərək qol sayına görə “Barselona”nın futbolçusu Lamin Yamalı geridə qoyub.
Msport.az xəbər verir ki, Madrid təmsilçisinin 4:1 hesabı ilə qalib gəldiyi görüşdə fransalı hücumçu 37-ci dəqiqədə fərqlənib, ikinci qolunu isə penaltidən vurub.
Bununla da Mbappe cari La Liqa mövsümündə qol sayını 9-a çatdırıb. O, 8 qolu olan Yamalı geridə qoyub. Bombardirlər siyahısına isə 12 qolla “Barselona”nın braziliyalı futbolçusu Rafinya başçılıq edir.
Qeyd edək ki, “Real” növbəti turda “Barselona” ilə qarşılaşacaq. El-Klasiko oktyabrın 25-də “Kamp Nou” stadionunda keçiriləcək.







