featured-image-65981

Portuqaliya yığması UEFA Millətlər Liqasının yarımfinalında Almaniya yığmasına 2:1 hesabı ilə qalib gələrək finalına yüksəlib.

Msport.az xəbər verir ki, “Münhen Arena”da keçirilən görüşün 48-ci dəqiqəsində Florian Virts meydan sahiblərini önə keçirsə də, komandasını xilas edə bilməyib.

63-cü dəqiqədə Çiko Konseysao hesabı bərabərləşdirib. 5 dəqiqə sonra isə Kriştiano Ronaldo qələbə qolunu vurub.

Qeyd edək ki, digər yarımfinal oyununda bu gün İspaniya ilə Fransa qarşılaşacaq.

Bənzər xəbərlər