featured-image-61224

“Neftçi Arena”nın və “Neftçi” Futbol Mərkəzinin adı dəyişdiriləcək.

Msport.az xəbər verir ki, bununla bağlı Bakı klubu yeni sponsor tapıb.

Belə ki, “ağ-qaralar” bu gün “International Holding Company”ə (IHC) məxsus “Palms Sports” şirkəti ilə 5 illik sponsorluq müqaviləsi imzalayıb. 2025-2030-cu illəri əhatə edən anlaşma çərçivəsində “Palms Sports” “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzinin adlandırma hüquqlarını əldə edib. Tərəfdaşların ortaq qərarı ilə yeni adlar müəyyənləşdiriləcək və xəritələr, naviqasiya əlavələri ilə bütün rəsmi platformalarda yenilənəcək.

Bundan başqa, “Neftçi”nin əsas komandasının 2025-2030-cu illər arasındakı bütün rəsmi və yoldaşlıq oyunlarında “Palms Sports” loqolarından biri 2025-2026 mövsümünün başlanğıcından etibarən formaların ön tərəfində yer alacaq. Loqola oyun formalarından əlavə, məşq ləvazimatlarında və azarkeş məhsullarında da istifadə olunacaq.

Bənzər xəbərlər