featured-image-84236

“Sabah”ın Azərbaycan çempionatında, xüsusən də, avrokuboklardakı uğurlu çıxışı komandaya baha başa gələ bilər.

Msport.az xəbər verir ki, UEFA Çempionlar Liqasındakı debüt mövsümündə Liqa mərhələsinə qədər yüksələn ölkə çempionunun bir neçə futbolçusu artıq Avropa klublarının diqqət mərkəzinə düşüb. Bu isə ən geci mövsümün sonunda bəzi aparıcı oyunçuların “Sabah”ı tərk etmək variantını artırır.

Komandadan ayrılmaq ehtimalı ən çox olan futbolçulardan biri kimi Timoteuş Puxaç göstərilir. 27 yaşlı sol cinah müdafiəçisinin vaxtilə çıxış etdiyi Almaniyadan təklifləri var. Polşa mətbuatının iddiasına görə, onun məhsuldarlığı almanların diqqətindən yayınmayıb. Puxaç son olaraq Dortmund “Borussiya”sı ilə görüşdə assistlə yadda qalmışdı.

Bundesliqa və Bundesliqa-2 klubları “Kayzerslautern” və “Holştayn Kil”in sabiq futbolçusunun oyunlarını izləməyə alıblar. Bildirilib ki, Puxaç bu performansı davam etdirəcəyi təqdirdə, çətin ki, “Sabah” onu heyətində saxlaya bilsin.

Qeyd edək ki, Timoteuş Puxaçın “Sabah”la müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.

“Sabah”ın yarımmüdafiəçisi İvan Lepinitsa da komandadan ayrıla bilər. Mərkəz oyunçusu Xorvatiya “Hayduk”unun “radar”ına düşüb.

Bənzər xəbərlər