featured-image-75040

“Neftçi” Azəbaycan Premyer Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.

Msport.az xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv XX turda “Kəpəz”lə üz-üzə gəlib.

“Ağ-qaralar” Yevlax şəhər stadionunda keçirilən qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.

Bakı klubunun heyətində 27 və 38-ci dəqiqələrdə Bassala Sambu, 40-cı dəqiqədə Emin Mahmudov fərqlənib. Gəncə təmsilçisində Rauf Hüseynli 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, Məqsəd İsayev 72-ci dəqiqədə qırmızı vərəqə alaraq meydanda qovulub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran “Neftçi” 5-ci pillədə qərarlaşıb. Bakılılar əvvəlki turlarda “Qəbələ” (1:0) və “Araz-Naxçıvan”ı (4:0) üstələyib. “Kəpəz” isə 13 xalla 11-ci sıradadır.

Bənzər xəbərlər