featured-image-20188

“Neftçi” Azərbaycan Kubokunda yarımfinala çıxmasaydı, baş məşqçi Laurentsiu Regekampf qovulacaqdı.

Msport.az xəbər verir ki, bu iddia ilə Rumıniya mətbuatı çıxış edib.

Bildirilib ki, “ağ-qaralar”ın 1/4 finalda “Zirə”ni mübarizədən kənarlaşdırması 48 yaşlı mütəxəssisi istefaya göndərilməkdən xilas edib.

İddiaya görə, vəziyyəti nəzərə alan Regekampf işsiz qalmamaq üçün ölkəsinin “Universitatya Krayova” klubu ilə razılıq əldə etmişdi. Lakin “Neftçi”də qalan baş məşqçi sonradan anlaşmanı pozub.

Qeyd edək ki, Laurentsiu Regekampf bu mövsümün əvvəlindən “Neftçi”yə başçılıq edir.

Bənzər xəbərlər