featured-image-61267

“Neftçi” heyətini yeni hücumçu ilə gücləndirir. Msport.az xəbər verir ki, “ağ-qaralar” ingiltərəli forvard Bassala Sambou ilə anlaşıb.

27 yaşlı futbolçu son olaraq Kiprin “Paralimni” klubunda çıxış edib.

“Koventri” Akademiyasının yetirməsi olan Sambou “Fortuna Sittard” (Niderland), “Randers” (Danimarka), “Kru Aleksandra”, “Oldham” (hər ikisi İngiltərə) komandalarının formasını geyinib. O, “Paralmini”də 43 oyunda 5 qol vurub.

Almaniyada anadan olan futbolçu artıq Bakıdadır və “Neftçi” yaxın saatlarda yeni transferini açıqlayacaq.

Bənzər xəbərlər