featured-image-75150

Çempionlar Liqasında doğma meydanda “Yuventus” üzərində qazanılan inamlı qələbədən (5:2) sonra “Qalatasaray”ın baş məşqçisi mətbuat konfransında “Qarabağ”ı da unutmayıb.

Msport.az xəbər verir ki, Okan Buruk “Qarabağ”a Çempionlar Liqasının pley-off mərhələsində mənəvi dəstəyin verib.

“Bilirsiniz ki, “Qarabağ”ın da pley-off mərhələsində matçı var. Bütün azarkeşlərimizin “Qarabağ”a dəstək verməsini istəyirəm. Həmkarım Qurban Qurbanova bu çətin oyunda qələbə arzu edirəm. Ürəyimiz sizinlə bərabər döyünəcək” – deyə Okan Buruk söyləyib.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

Bənzər xəbərlər