featured-image-20284

“Qarabağ”ın futbolçusu Kvabena Ovusu “Ferentsvaroş”a bu ay keçmək istəyir.

Msport.az  “ulloi129.hu”ya istinadən xəbər verir ki, qanalı hücumçu bununla bağlı fikrini Azərbaycan klubuna bildirib.

26 yaşlı forvard Macarıstan komandası ilə mövsümün sonunda 2 illik müqavilə bağlamağa razılaşsa da, qış transfer dönəmində bu keçidin reallaşmasının tərəfdarıdır. Hazırda klublar arasında bu yöndə danışıqlar getdiyi bildirilib.

Qeyd edək ki, Kvabena Ovusunun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Bənzər xəbərlər