featured-image-20745

“Qarabağ”ın hücumçusu Osvusu Kvabenanın “Ferentsvaroş”a keçəcəyi dəqiqləşsə də, transferin indi ya yayda baş tutacağı açıq olaraq qalır.

Bu günlərdə Macarıstan klubunun idman direktoru Tamaş Haynal da iki yeni futbolçu ilə anlaşdıqlarını təsdiqlədi.  O, həmin futbolçuların qış transfer pəncərəsində komandaya qoşulmaları barədə danışıqlar apardıqlarını bildirdi.  İki oyunçudan biri isə Ovusudur.

Msport.az-ın əldə etdiyi məlumata görə, qanalı forvardın transferinin gecikməsi maliyyə məsələləri ilə bağlıdır.

“Qarabağ” “Ferentsvaroş”un transferə görə təklif etdiyi məbləğlə razılaşmır. Buna səbəb Ovusunun müqaviləsindəki bəndlə bağlıdır. Müqavilədə göstərilib ki, futbolçu başqa bir kluba satılarsa, məbləğin 50 faizi onun əvvəlki komandası “Leqanes”ə ödənməlidir. Belədə isə ortada çox az məbləğ qalır. Ona görə də “Qarabağ” rəsmiləri hələ ki bu transferə tam “ok” verməyiblər.

AYXAN 

Bənzər xəbərlər