Portuqaliya yığması ikinci dəfə Millətlər Liqasının qalibi oldu
Portuqaliya yığması UEFA Millətlər Liqasının finalında İspaniya yığmasını məğlub edib.
Msport.az xəbər verir ki, qarşılaşma Münhendə baş tutub.
Matçın əsas və əlavə vaxtları 2:2 hesabı ilə başa çatıb. Portuqaliya millisinin heyətində qolları Nuno Mendeş (26-cı dəqiqə) və Kriştiano Ronaldo (61) vurub. İspaniya yığmasının heyətində Martin Subimendi (21) və Mikel Oyarsabl (45) fərqlənib. Penaltilər seriyasında isə portuqaliyalılar rəqiblərini 5:3 hesabı ilə məğlub edib.
Portuqaliya millisi ikinci dəfə UEFA Millətlər Liqasının qalibi olub. Bundan əvvəl komanda 2019-cu ildə turnirin qalibi olub.