featured-image-75049

Azərbaycan Premyer Liqasında XX tura bu gün yekun vurulacaq.

Msport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk olaraq “Şamaxı” “Turan Tovuz”u qəbul edəcək. Matç Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Meydan sahibləri 23 xalla 8-ci, rəqibindən bir oyun az keçirən qonaqlar 33 xalla 4-cü pillədə qərarlaşıb.

Turun son görüşündə “Sabah” səfərdə “Qəbələ” ilə üz-üzə gələcək. Bakı təmsilçisi 46 xalla vahid liderdir. Bölgə təmsilçisi 14 xalla onuncudur.

 

Premyer Liqa

XX tur

16 fevral

 

14:30. “Şamaxı” – “Turan Tovuz”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Emin Əliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Eldar Məmmədov

Şamaxı şəhər stadionu

 

17:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Elvin Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Qəbələ şəhər stadionu

 

Qeyd edək ki, turun əvvəlki matçlarında “Qarabağ” “İmişli”ni, “Zirə” “Karvan-Yevlax”ı, “Araz-Naxçıvan” “Sumqayıt”ı 1:0, “Neftçi” isə “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər