featured-image-83796

Azərbaycan Premyer Liqasında mövsümün azarkeş rekordu qırılıb.

Msport.az xəbər verir ki, 8-ci turda oyunlara ümumilikdə 30 min 800 tamaşaçı toplaşıb.

Bununla 4-cü tura məxsus 24 min 512 nəfərlik azarkeş rekordu yenilənib. 8-ci turdakı rekordda 2 oyunun rolu böyük olub. Belə ki, “Kəpəz” – “Zirə” matçını 13 min 800, “Qarabağ” – “Neftçi” qarşılaşmasını isə 13 min 500 nəfər tribunadan izləyib.

“Kəpəz” – “Zirə” oyunundakı azarkeş sayı mövsümün hələlik ən yaxşı 3-cü göstəricisidir. Tamaşaçı sayı baxımından ən məhsuldar iki görüş də məhz Gəncə şəhər stadionuna təsadüf edib. “Kəpəz”in “Şamaxı” ilə ev oyununa 15 min, “Sumqayıt”la matçına isə 14 min 500 nəfər baxıb.

Bənzər xəbərlər