"Qarabağ" Bakıda böyük hesabla uduzdu
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
Msport.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparan Azərbaycan təmsilçisi İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb – 6:1.
Bu komandalar arasında cavab matçı fevralın 25-i, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Xatırladaq ki, “Qarabağ” – “Nyukasl” cütünün qalibi 1/8 finalda “Barselona” və ya “Çelsi” ilə üz-üzə gələcək.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
21:45. “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə) – 1:6
Qollar: Qordon, 3 (0:1), Tyau, 9 (0:2), Qordon, 32-pen. (0:3); 34 (0:4), 45-pen. (0:5), Elvin Cəfərquliyev, 54 (1:5), Merfi, 72 (1:6)
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad
VAR: Rob Diyperink
AVAR: Dennis Hiqler
Tofiq Bəhramov adına Respublika Stadionu







