featured-image-20391

“Qarabağ” “Ferentsvaroş”un hücumçusu Frank Bolinin transferindən vaz keçib.

Msport.az xəbər verir ki, buna səbəb kotdivarlı forvardın əməkhaqqısının yüksək olmasıdır. 29 yaşlı futbolçu Macarıstan klubunda ilinə 700 min avro alır.

Ağdam təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq Boliyə görə “Ferentsvaroş”a da pul ödəməlidir.

Ovusu Kvabena isə “Ferentsvaroş”a qışda getməkdə israrlıdır. “Qarabağ” yeni hücumçu tapmasa, qanalı oyunçunu mövsümün sonuna kimi saxlamaq istəyir. Yeri gəlmişkən, Budapeşt komandasının baş məşqçisi Stanislav Çerçesov Ovusunun transferi ilə bağlı Qurban Qurbanova zəng edərək həmkarından xeyir-dua alıb.

AYXAN 

Bənzər xəbərlər