featured-image-19955

Qarabağ”dan ayrıldı, Polşa millisinə yolu bağlandı

“Qarabağ”ı Rusiya “Krasnodar”ına dəyişən Kadi Borges Polşa yığmasına cəlb olunmayacaq.

Msport.az xəbər verir ki, bu barədə yerli “polsatsport.pl” saytı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkədə çıxış edən oyunçular Polşa yığmasına çağırılmır: “Bu aqibət yayda Moskvan “Lokomotiv”indən “Spartak”a keçən Matsey Rıbusun başına gəlib. “Legiya” sabiq müdafiəçisi analoji səbəbdən Qətərdə keçirilən dünya çempionatına aparılmayıb. O, sonuncu dəfə 2021-ci ilin noyabrında Andorra yığmasına qarşı matçda meydana çıxıb”.

Qeyd edək ki, Kadi Borgesin Polşa ilə bağlılığı var. Braziliyalı yarımmüdafiəçinin atasının babası polşalıdır.

26 yaşlı oyunçu ötən gün “Krasnodar”la 3,5 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər