featured-image-20206

“Qarabağ” Belçikanın “Beveren” klubunda çıxış edən braziliyalı futbolçu Lukas Ribeyru Kosta ilə maraqlanmaları barədə yayılan xəbərə münasibət bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Msport.az saytına verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinə təklif olunsa da, onun transferi gündəmdə deyil.

“Bizə onlarla, yüzlərlə oyunçu təklif olunur. Böyük ehtimalla bu da onlardan biridir. Yaxşı futbolçudur, ona uğurlar arzu edirik. Amma heç vaxt həmin oyunçunun transferini düşünməmişik, siyahımızda olmayıb”.

Qeyd edək ki, Belçika mətbuatı braziliyalı orta sahə oyunçusu ilə digər Avropa klubları, həmçinin Rusiyanın iki təmsilçisinin də yaxından maraqlandığını, amma onun ən sərfəli təklifi “Qarabağ”dan aldığını yazıb.

Bənzər xəbərlər