featured-image-20884

“Qarabağ”ın iki futbolçusu – Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynov yaxın günlərdə əməliyyat olunacaq.

Bu barədə Msport.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib.

Onun sözlərinə görə, cərrahi müdaxilə Almaniyada baş tutacaq: “Şahruddin yaxın 1-2 gündə, Abbas isə yanvarın 25-dən sonra Almaniyaya yola düşəcək”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin qolu sınıb, Abbas Hüseynov isə dizindən zədə alıb.

Bənzər xəbərlər