featured-image-20835

“Qarabağ”ın heyətinə cəlb etmək istədiyi Frank Bolini “Ferentsvaroş” transferə çıxarıb.

 Msport.az xəbər verir ki, bunu Macarıstan klubunun idman direktoru Tamaş Haynal yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, baş məşqçi Stanislav Çerçesovla məsələni müzakirə ediblər və müqavilə müddəti mövsümün sonuna qədər olan 30 yaşlı hücumçunu qış fasiləsində satmaq qərarına gəliblər: “Baş məşqçi və futbolçularla çox danışdıq, digər komandalarla da daim əlaqədəyik. Boli zədə səbəbindən hazırda kollektivlə birgə deyil. Ona hər hansı bir maraq varsa, peşəkar nöqteyi-nəzərdən təklifi dəyərləndirməyə hazırıq”.

Qeyd edək ki, “Qarabağ” Frank Bolini qış fasiləsində transfer etmək istəyir.

Bənzər xəbərlər