featured-image-20177

Macarıstan “Ferentsvaroş”u “Qarabağ”ın maraq dairəsində olan Frank Bolini İspaniyadakı təlim-məşq toplanışına aparmayıb.

Msport.az-ın yerli mətbuata istinadən məlumatına görə, kot d`İvuarlı hücumçuya transfer danışıqları aparması üçün icazə verilib.

Lakin 30 yaşlı  konkret olaraq Ağdam klubu ilə görüşməsi dəqiq deyil. Çünki təcrübəli oyunçunun xidmətində Türkiyə “Qaziantep”i də maraqlıdır.

Qeyd edək ki, Frank Boli 2019-cu ildən “Ferentsvaroş”da çıxış edir. O, cari mövsüm UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin hər iki görüşündə (1:1, 1:3) “Qarabağ”a qarşı oynayıb.

Bənzər xəbərlər