featured-image-19967

“Qarabağ” Marko Veşoviçin müqaviləsinin müddətini uzadıb.

Msport.az xəbər verir ki, 32 yaşlı futbolçunun yeni sözləşməsi 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.

Veşoviç 2021-ci ildən Ağdam klubunda çıxış edir.  Monteneqrolu oyunçunun müqaviləsi iyunda başa çatmalı idi.

Qeyd edək ki, müdafiəçiyə Rusiyadan təkliflər gəlsə də, o, “Qarabağ”da qalmağa üstünlük verib.

media-324332420_1160158344637145_4163562599179438264_n

Bənzər xəbərlər