featured-image-75145

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq.

Msport.az xəbər verir ki, komanda İngiltərənin “Nyukasl” kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq. Norveçdən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyun

18 fevral

 

21:45. “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə)

Hakimlər: Espen Eskas, Yan Erik Enqan, İsaak Elias Başevkin, Siqurd Krinqstad (hamısı Norveç)

VAR hakimləri: Rob Dieperink, Dennis Hiqler (hər ikisi Niderland)

Tofiq Bəhramov adına Respublika stadionu

Bənzər xəbərlər